Astara xəstəxanasından şikayət: “Soğan alıb infeksiyadan qorunmağa çalışırıq”

Oxunma sayı: 615
Cəmiyyət       28 Fevral 2020, 14:40
Astara xəstəxanasından şikayət:     “Soğan alıb infeksiyadan qorunmağa çalışırıq”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Astara Rayon Mərkəzi Xəstəxanasında koronavirus şübhəsi ilə saxlanılan İrandan qayıdan azərbaycanlılar xəstəxanada spirt, tibbi maska tapa bilmədiklərini deyirlər.

 

Azmedia.az  oxu.az-a  istinadən  xəbər verir ki, bu barədə sosial şəbəkədə videolar paylaşılır.

 

Xəstəxanada saxlanılan şəxslər iddia edirlər ki, xəstəxanada onların sağlamlığı ciddi təhlükə altındadır:

 

“Bu videoları çəkməkdə məqsədimiz bizi süni-ajiotaj yaratmaqda ittiham edən şəxslərə mövcud vəziyyəti sübut etməkdir. Əgər həqiqətən virus təhlükəsi varsa, biz razıyıq. Tədbir görülsün, xəstəlik yayılmasın. Amma bu şəraitdə hansı xəstəliklə mübarizə aparmaq olar? Onlar bizi karantində saxlayır? Belə karantın olar? Üç gündür xəstəxanada su gəlmir. Biz nə paltarlarımızı dəyişə bilirik, nə yuyuna bilirik.

 

Belə xəstəxana şəraiti olar? Mətbəxdə antisanitar vəziyyətdir. Bu palatada insan xəstəlik tapar. Yemək verən yoxdur. Bizə spirt, tibbi maska, tərlik də verilmir. Tibb bacısı deyir ki, xəstəxanaya nə spirt, nə tibbi maska verilmir. Öz pulumuzla soğan alıb infeksiyadan qorunmağa çalışırıq. Xahiş edirik ki, bizə kömək edin. Biz burada qalmaq istəmirik”.

 

Həmin videogörüntüləri təqdim edirik:

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar