Bakı sakinləri: “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”

Oxunma sayı: 938
Cəmiyyət       28 Fevral 2020, 17:17
Bakı sakinləri:     “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sabunçu rayonunun Zabrat qəsəbəsi, Frunze 5 ünvanında yaşayan sakinlər yol və su problemindən əziyyət çəkirlər. 

 

Azmedia.az  oxu.az-a  istinadən  xəbər verir ki, yolların bərbad vəziyyətdə olması, kanalizasiyanın işləməməsi və suyun gəlməməsi barədə sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər.

 

Onlar müraciətlərinin bu günədək cavabsız qaldığını bildirirlər:

 

“Yağışlı havada küçələrimiz gölü xatırladır, yay aylarında da içməyə su tapmırıq. Kanalizasiya isə bütün fəsillərdə ümumi problem olaraq qalır. Yollar bərbad vəziyyətdə olduğu üçün bura taksi gəlmir. Təcili yardım da nadir hallarda gəlir, o da iş-işdən keçəndən sonra”.

 

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsək də, rəsmi nümayəndələrlə əlaqə yarada bilmirik. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar