Bu ilin 10 ən etibarsız avtomobil brendləri - SİYAHI

Oxunma sayı: 538
Avto       29 Fevral 2020, 16:53
Bu ilin 10 ən etibarsız avtomobil brendləri     - SİYAHI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"JD Power" portalının ekspertləri 2020-ci ilin 10 ən etibarsız avtomobil brendlərinin adlarını açıqlayıblar.

 

Azmedia.Az avtosfer.az-a istinadən xəbər verir ki, onlar bunun üçün 2017-ci il buraxılışı olan modelləri istifadə edən 36,555 sürücü arasında sorğu keçiriblər.

 

Ekspertlə sorğunun nəticələrini, 3 il ərzində istifadə olunan modellərdə yaranan nasazlıqları qeydə alaraq avtomobillərin etibarlılığını qiymətləndiriblər.

 

Reytinq tərtibatçıları qeyd edirlər ki, ümumilikdə son illərdə nasazlıqlarla bağlı edilən şikayətlərin sayı azalıb, lakin bir sıra markalar hələ də liderlərdən geri qalır.

 

Aşağıda biz sizə 2020-ci ilin 10 ən etibarsız avtomobil brendlərinin reytinqi ilə tanış edəcəyik.

 

10. "Subaru" - Sorğuya əsasən, bu markanın 100 avtomobilində problemlə bağlı 154 şikayət gəlib.

 

9. "Infiniti" - 155
 

8. "Dodge" - 158

 

7. "Jeep" - 159

 

6. "Fiat" - 160

 

5. "GMC" - 162

 

4. "Volvo" - 185

 

3. "Jaguar" - 186

 

2. "Chrysler" - 214

 

1. "Land Rover" - 220.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar