Ötən gün cinayətdə şübhəli olan 20 nəfər saxlanılıb

Oxunma sayı: 353
Kriminal       25 Mart 2020, 20:00
Ötən gün cinayətdə şübhəli olan 20 nəfər saxlanılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azmedia.Az-a verilən məlumata görə, gün ərzində törədilmiş 20 cinayətin üstü "isti izlər"lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur