Sosioloq: İnsanlar karantin müddətini səmərəli keçirə bilərlər

Oxunma sayı: 268
Ölkə       26 Mart 2020, 15:00
Sosioloq: İnsanlar karantin müddətini səmərəli keçirə bilərlər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirusla əlaqədar dünyanın bir çox ölkəsində tətbiq olunan məcburi karantin tədbirləri insanları vərdiş etdikləri həyat tərzindən müvvəqqəti uzaqlaşdırır.

 

Azmedia.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı deyib.

 

Onun sözlərinə görə, buna baxmayaraq, hər bir kəs karantin müddətinin tətbiqinin həm özü, həm də digər insanların sağlamlığı üçün vacib olduğunu dərk etməlidir.

 

Sosioloq qeyd edib ki, yoluxma ehtimalı çox olan və həssas kateqoriyaya aid edilən yaşlı və xəstə insanların sağlamlığı üçün bu tədbirlərin tətbiqi xüsusilə vacibdir:

 

"Bunun məsuliyyətini hər bir fərd daşımalıdır. İnsanların karantin müddətini səmərəli keçirməsi özlərindən asılıdır. Karantində olan, təcrid şəraitində yaşayan şəxslər bu dövr ərzində özünü təkmilləşdirməyə daha çox vaxt ayıra, daha çox mütaliə edə, maraqlı filmlər izləyə, sosial şəbəkələrdə mümkün olduğu qədər optimist paylaşımlar edə bilər. Bunlar insanların karantin müddətinin daha faydalı keçirməsinə kömək edər".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar