Azərbaycanda qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin sayı azaldılacaq

Oxunma sayı: 556
İqtisadiyyat       26 Mart 2020, 17:05
Azərbaycanda qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin sayı azaldılacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 241-ci maddəsində dəyişiklik edilməsi nəzərdə tutulub.

 

Azmedia.az "Report"a istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində tərəflərin götürdüyü öhdəlikdə öz əksini tapıb.

 

Sazişə əsasən, tərəflər qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxılması, bu iş yerlərinin azaldılması və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 241-ci maddəsində dəyişiklik edilməsi istiqamətində müvafiq işlər aparmaq öhdəliyi götürüb.

 

Qeyd edək ki, Əmək Məcəlləsinin 241-ci maddəsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər göstərilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar