Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev SƏRƏNCAM İMZALADI...

Oxunma sayı: 28
Siyasət       1 Aprel 2020, 12:54
Minlərlə vətəndaşa ŞAD XƏBƏR     - İlham Əliyev SƏRƏNCAM İMZALADI...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, Prezident İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

"Göygöl rayonunun əhalisi 13774 nəfər olan 7 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb".

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar