COVID-19: Fransada koronavirus epidemiyası getdikcə daha çox can alır - Jerom Salomondan həyəcan təbili

Oxunma sayı: 133
Dünya       3 Aprel 2020, 10:31
COVID-19: Fransada koronavirus epidemiyası getdikcə daha çox can alır     - Jerom Salomondan həyəcan təbili

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Fransada COVID-19 epidemiyasından xəstəxanalarda ölənlərin sayı son 24 saat ərzində 473 nəfər artaraq ümumilikdə 4503-ə çatıb. Fransa səhiyyə müəssisələrinə misli görünməmiş dərəcədə təsir göstərən epidemiya ilə üzləşib.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri ölkədə COVID-19 epidemiyası ilə bağlı son məlumatları açıqlayan səhiyyə üzrə baş direktor Jerom Salomon söyləyib. Qeyd edib ki, xəstəxanalara yerləşdirilmiş 26246 xəstədən 382-si son bir gün ərzində olmaqla 6399-u reanimasiya şöbələrindədir. Habelə 12428 xəstə sağalaraq evlərinə buraxılıb. Aprelin 2-də 1493 xəstə evə buraxılıb. Bu göstərici tədricən artır. Ölkədə 59 min 105 COVID-19 virusuna yoluxma halı qeydə alınıb.

 

EHPAD - qocalar evlərindən danışan səhiyyə baş direktoru diqqətə çatdırıb ki, bu evlərin 884 üzvü COVID-19 epidemiyasından ölüb və 14638 yoluxma halı qeydə alınıb.

 

Dünyada COVID-19 virusuna yoluxanların sayı iki dəfə çoxalaraq son həftə ərzində bir milyona çatıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar