Kriştianu Ronaldo futbol tarixində yeni rekord vuracaq

Oxunma sayı: 225
İdman       3 Aprel 2020, 12:46
Kriştianu Ronaldo futbol tarixində yeni rekord vuracaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni rekord müəyyənləşdirməyə hazırlaşır.

 

Azmedia.Az apasport.az-a istinadən bildirir ki, portuqaliyalı superulduz bu dəfə oyun və ya qola yox, qazandığı pul sayına görə ilki reallaşdıracaq.

 

Bu il 35 yaşlı forvardın karyerası ərzində əldə edəcəyi ümumi gəlirin məbləği 1 milyard avroya çatacaq. Bununla da o, 1 milyard avroluq səddi keçən ilk futbolçu kimi tarixə düşəcək. İndiyə qədər 2 idmançının - amerikalı qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin qazancı bu məbləği keçib. Ronaldo ilə yanaşı, tezliklə isveçrəli tennisçi Roje Federer də onlara qoşulacaq.

 

Qeyd edək ki, Kriştianu Ronaldonun "Yuventus"da illik qazancı 30 milyon avrodur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar