Böyük Giza ehramından insanlara "Evdə qal" mesajı

Oxunma sayı: 469
Maraqlı       3 Aprel 2020, 13:57
Böyük Giza ehramından insanlara "Evdə qal" mesajı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Misirin Turizm və Hotellər Holdinqi yeni növ koronavirus qurbanları ilə həmrəylik əlaməti olaraq Böyük Giza ehramında - ehramların və sfinksin fonunda gecələr qırımızı rəngə bürünmüş "Evdə qal" mesajı olan işıqlandırma sistemi quraşdırıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin Qədim Abidələr və Turizm Nazirliyi yerli sakinlərə və turistlərə səyahətlərini təxirə salmaq və evlərində qalmaqla bağlı çağırış edib. Nazir Xalid Anani qeyd edib ki, ehramların mesajı gələcək günlər naminə insanları öz sağlamlığını qorumağa səsləyir. Böyük Giza ehramının üzərində ingilis və ərəb dillərində yazılmış "Evdə qal", "Özünü qoru" və "Bizim təhlükəsizliyimizi qoruyanlara eşq olsun" sözləri bir-birini əvəz edir.

 

Ehramların ən nəhəngi olan və dünyanın yeddi möcüzəsindən biri hesab edilən Böyük Misir ehramı, həmçinin Xufu ehramı adı ilə də tanınır.

Paylaş
Loading...
Çox oxunanlar