Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

Oxunma sayı: 642
Ölkə       3 Aprel 2020, 23:24
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək     - İbrahim Məmmədov

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün ən çox daxil olan suallardan biri də tənha insanlara xidmət göstərən şəxslərlə bağlıdır.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.

 

Onun sözlərinə görə, hazırda tənha insanların evdən çıxması qadağandır. Digər tərəfdən, onların fiziki imkanları məhdud olduğu üçün də ümumiyyətlə evdən çıxa bilmirlər:

 

"Tənha insanlara 3-5 ildir ki, xidmət göstərən şəxslər var. Amma həmin insanlar xidmət göstərdikləri tənha insanların evlərinə gələ bilməyəcəklər, çünki artıq evdən çıxma qadağandır. Digər tərəfdən, onlar rəsmi olaraq, sosial işçi kimi qeydiyyatda deyillər. Bunu nəzərə alaraq tənha insanlara xidmət edənlərə hərəkət azadlığı verilir. Sadəcə olaraq, bunun üçün onların icaze.gov.az saytına girib icazə alması lazımdır.

 

İ.Məmmədov hesab edir ki, icazələr insanların səbəbsiz yerə evdən çıxmasının qarşısını alacaq:

 

"Bu halda vətəndaş tərəfindən polislərə qarşı yersiz şikayətlər də ola bilməz, çünki insan faktoru aradan qaldırılır. icazə ilə insanlar çox rahat işə gedib gələcəklər".

 

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

 

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar