Oğlunun yasını verməyə pul tapmayan mərhum xalq artisti ilə bağlı ürəkparçalayan GİZLİNLƏR

Oxunma sayı: 342
Yerli       7 Aprel 2020, 15:33
Oğlunun yasını verməyə pul tapmayan mərhum xalq artisti ilə bağlı ürəkparçalayan     GİZLİNLƏR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva mərhum həmkarı Nuriyyə Əhmədova ilə bağlı ürəkparçalayan fakt açıqlayıb.

 

Azmedia.az  yenicag.az-a  istinadən  xəbər verir ki, o, mərhum xalq artistinin oğlunun yasını vermək üçün pulu olmadığını bildirib:

 

“Heç vaxt o dəhşət gözümün önündən getmir. Həmidə Ömərova yas mərasimində məni qırağa çəkib dedi ki, Nuriyyənin yas verməyə pulu yoxdur. Pul yığdıq və bacısına verdik ki, məclisi yola versinlər.

 

Ananın doğma balasının yasını verməyə pulu olmaması dəhşətdir.İnsan öz taleyini özü qurur. Allah insana üç dəfə şans verir. O şansı tutdunsa, tutdun, tutmadınsa, həyat səni sıxacaq, əziyyət verəcək. Allah Nuriyyəyə də o şansı vermişdi, amma görünür ki, o, bu şansları tuta bilmədi”.

 

Qeyd edək ki, mərhum aktrisanın yeganə qızı həyat yoldaşı tərəfindən faciəli şəkildə qətlə yetirilib, bir oğlu isə xəstəlikdən dünyasını dəyişib.

 

Səidə Quliyeva bu faktı ARB-nin “Səhər-səhər” verilişində açıqlayıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar