”WhatsApp”dan videozənglərlə bağlı YENİLİK

Oxunma sayı: 564
Texnologiya       23 Aprel 2020, 10:00
”WhatsApp”dan videozənglərlə bağlı     YENİLİK

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyanın ən populyar tətbiqlərindən biri "WhatsApp" öz videozəng funksiyasında yenilik etməyi planlaşdırır.

 

Azmedia.Az  qazet.az-a istinadən xəbər verir ki, hazırda tətbiqetmə qrup halında təşkil edilən videozənglərə maksimum 4 nəfərin qoşulmasını dəstəkləyir. Lakin təqdim ediləcək yeni beta versiya ilə bu say 8-ə qədər qalxa bilər.

 

"WhatsApp" yazışmaları kimi, qrup video zəngləri də "end-to-end" metodu ilə şifrələnib. Bu isə o deməkdir ki, yazılanı və danışılanı yalnız göndərən və qəbul edən şəxslər görür.

 

"Zoom" və "Houseparty" kimi tətbiqlərdə isə bu şifrələmə metodu yoxdur. Yəni istehsalçı istənilən vaxt məlumatları üçüncü bir şəxsə ötürə bilər.

 

"WhatsApp"ın təqdim edəcəyi yenilik isə, şübhəsiz, tətbiqin populyarlığını və etibarlılığını daha da artıracaq.

Paylaş
Loading...
Çox oxunanlar