Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub

Oxunma sayı: 295
Ölkə       26 Aprel 2020, 15:55
Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasında 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azmedia.az-a bildirilib. Verilən məlumata görə, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

 

Hazırkı dövrədək ölkəmizdə 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Onlardan 1139 nəfər müalicə olunaraq sağalıb.

 

21 nəfər vəfat etmiş, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar