Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Oxunma sayı: 450
Ölkə       26 Aprel 2020, 17:47
Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Azmedia.Az-a verilən məlumata görə, səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-12, gündüz  17-20, Bakıda  gecə 10-12, gündüz  17-19 dərəcə isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. 

 

Aprelin 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə isti olacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar