190 manat üçün SMS cavab almayanların DİQQƏTİNƏ! - Nazirlikdən AÇIQLAMA

Oxunma sayı: 587
Ölkə       28 Aprel 2020, 10:12
190 manat üçün SMS cavab almayanların DİQQƏTİNƏ! -     Nazirlikdən AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.

 

Azmedia.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

Nazirlik rəsmisi bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın:

 

"Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək.

 

Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.

 

Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq.

 

Ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar