Bakıda bahalı avtomobilin iştirakı ilə baş verən qəzanın görüntüləri yayıldı - FOTO/VİDEO

Oxunma sayı: 452
Qəza       28 Aprel 2020, 13:33
Bakıda bahalı avtomobilin iştirakı ilə baş verən qəzanın görüntüləri yayıldı     - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Xətai rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

 

Azmedia.Az xəbər verir ki, hadisə aprelin 26-sı, saat 19:00 radələrində paytaxtın Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8 ünvanının qarşısında baş verib.

 

İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, qəza iki avtomobilin toqquşması nəticəsində baş verib:

 

“Sözügedən ərazidə N.Şəfiyevin idarə etdiyi 99-HZ-833 dövlət nömrə nişanlı “Mercedes” və H.Əliyevin idarə etdiyi 10-SA-107 dövlət nömrə nişanlı “Chevrolet Camaro” toqquşub.

 

Hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Qəzada ölüm faktı qeydə alınmayıb. Hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Çox oxunanlar