Tovuzda maşın aşıb, tələbə ölüb - FOTO - YENİLƏNİB

Oxunma sayı: 542
Qəza       30 Aprel 2020, 15:41
Tovuzda maşın aşıb, tələbə ölüb     - FOTO - YENİLƏNİB

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub. 

 

Azmedia.az-ın məlumatına görə, o, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş. 

 

***

 

29 aprel, saat 18:53

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az-ın  məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Çox oxunanlar