Azərbaycanda məkəmə prosesləri onlayn keçirilməyə başlanıb

Oxunma sayı: 235
Ölkə       30 Aprel 2020, 20:13
Azərbaycanda məkəmə prosesləri onlayn keçirilməyə başlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Məhkəmə prosesinin videokonfrans şəklində keçirilməsi təşkil olunur".

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ədliyyə Nazirliyinin keçirdiyi "Pandemiya dövründə ədliyyəyə əlçatanlıq" mövzusunda onlayn mətbuat konfransında Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib.

 

O qeyd edib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar "Elektron məhkəmə" informasiya sistemində yaradılmış yeni proqram vasitəsilə məhkəmə proseslərinin onlayn rejimdə, videokonfrans formatında həyata keçirilməsi, həmçinin iclasın avtomatlaşdırılmış rejimdə audio və video yazılışının aparılmasına başlanılıb:

 

"İndiki pandemiya şəraitində vətəndaşların təhlükəsizliyinin qorunması və onların hüquqlarının məhkəmə müdafiəsinin təmin olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həmin proqram təminatı uğurla tətbiq olunaraq məhkəmə prosesləri videokonfrans şəklində, onlayn qaydada keçirilib və yekun qərarlar çıxarılıb.

 

Vərəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrin fəaliyyətində müasir İKT-lərin və innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar