İbadətlə yanaşı, yetimlərə qayğı göstərmək də savabdır - Ramazanın 8-ci gününün duası

Oxunma sayı: 118
Din       2 May 2020, 03:11
İbadətlə yanaşı, yetimlərə qayğı göstərmək də savabdır     - Ramazanın 8-ci gününün duası

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Həzrət Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edilir: "Oruc tutanlara iftar verən onların orucları qədər savab qazanar."..

 

İslam dinində insanın Allaha ibadət etməsinə əhəmiyyət verildiyi kimi, ətrafdakı acların doyuzdurulması, yetimlərə qayğı göstərilməsi, insanlara ədəb-ərkanla davranılması da yüksək tutulur.

 

 Bu gün mübarək Ramazan ayının səkkizinci günüdür.

 

Bu gün üçün nəzərdə tutulmuş münacatda insandan təkcə ibadətlə məşğul olmaq tələb edilmir, ibadətlə yanaşı, yetimlərə qayğı göstərmək, salam verməkdə öncül olmaq, aclara iftar verib doyuzdurmaq və kərəm sahibləri ilə oturub-durmaq tövsiyə olunur.

 

Həzrət Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edilir: "Oruc tutanlara iftar verən onların orucları qədər savab qazanar."

 

Təbii ki, burada oruc tutan yoxsullara daha çox qayğı göstərilməsi nəzərdə tutulur, hədis əsasən bu kimi insanlara şamil edilir.

 

Ramazan ayının səkkizinci gününün duası:

 

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin."

 

Tərcüməsi:

 

"İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!".

 

 Sabah İmsak vaxtı 03.58; Sübh azanı 04.08; Şam namazı 19.52

 

İnterAz

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar