Mənzurə Musayeva: "Fanatlarım mesaj yazırlar ki, qızımıza sizin adınızı qoymuşuq" - MÜSAHİBƏ

Oxunma sayı: 553
Müsahibə       4 May 2020, 00:28
Mənzurə Musayeva: "Fanatlarım mesaj yazırlar ki, qızımıza sizin adınızı qoymuşuq"       - MÜSAHİBƏ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı sevilən müğənni Mənzurə Musayeva olub. 

 

Mənzurə xanım sayta özəl müsahibə verib. 

 

- Mənzurə xanım, karantin müddətini neçə keçirirsiniz? Mətbəxlə aranız necədir?

 

- Əlbəttə, biz də evdə qal, sevdiklərini, əzizlərini qoru missiyasını həyata keçiririk. Efirlərə dəvət alanda da gedirəm. Yalnız vacib işim olduğu təqdirdə çıxıram bayıra. Mətbəxlə aram o qədər də yaxşı deyil. Arada özümə diyetik kükü, çörək bişirirəm. 

 

- Həyatda ən sevincli və ən kədərli gününüz hansı olub?

 

- Həyatda sevincli günlərim çox olub. Ən sevincli günlərimdən biri də qızımın toyu günü oldu. Tək qaldığım günlər mənim ən kədərli günlərimdir. 

 

- Şou aləmində deyirlər dost olmur. Bəs sizin rəfiqəniz varmı? Yoxsa, siz də şou aləmindəkilərə inanmayanlardansınız?

 

- Nəinki şou aləmində, heç həyatda da heç vaxt rəfiqəm olmayıb. Dostlarım var. Amma yaxın rəfiqəm heç vaxt olmayıb. Bayaq da qeyd elədim ki, insan tək olanfa kədərlənir, duyğusallaşır. 

 

- Sənətə gələndə kimi özünüzə örnək götürmüsünüz?

 

- Bir nəfər olub, o da Zeynəb Xanlarova...

 

- Fanatlarınızdan aldığınız ən maraqlı mesaj hansı olub? 

 

- Bəzən görürsən fanatlarım mesaj yazırlar ki, qızımıza sizin adınızı qoymuşuq. Bu mənim üçün çox xoşdur. Hətta məndə olmayan şəkilləri də yığıb atırlar. Həmin şəkillərdən heç mənim xəbərim olmur. 

 

- Oxuyarkən özünüzü tapdığınız musiqi hansıdır?

 

- "Mənim ürəyim sənsən" 

 

- Bəziləri var ki, ucuz reklamlarla gündəmə gəlirlər, bir iki günə unudulurlar. Buna münasibətiniz nədir?

 

- Bu hər zaman olub ki, antireklamlarla gündəmə gəliblər. Gündəmə gəlmək üçün hər şey edirlər. Amma şükürlər olsun ki, mən elələrindən olmamışam, olmaram da. Amma ki, unudulanlar çoxdur. Bəzən məşhur sənətkarlar unudulur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar