Bakıda SMS icazə xidməti bu tarixdə LƏĞV EDİLƏ BİLƏR

Oxunma sayı: 637
Ölkə       4 May 2020, 22:04
Bakıda SMS icazə xidməti bu tarixdə     LƏĞV EDİLƏ BİLƏR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin".

 

Azmedia.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır: "Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir".


Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar