Bakıda "1 manatlıq" taksilərlə rəqib gəlir - DAHA UCUZ MARŞRUT TAKSİLƏR

Oxunma sayı: 911
Ölkə       5 May 2020, 11:21
Bakıda "1 manatlıq" taksilərlə rəqib gəlir     - DAHA UCUZ MARŞRUT TAKSİLƏR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda bəzi istiqamətlərdə əhalinin tələbatını ödəmək üçün Ekspress marşrut taksilər xəttə buraxılacaq. 

 

Azmedia.az FED.az-a istinadən xəbər verir ki, bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib. 

 

O bildirib ki, pandemiyadan sonra ekspress xətlərin qalması məsələsi analiz olunacaq: “Çünki ictimai nəqliyyat, məsələn, metro və marşrut avtobusları müəyyən yerlərdə bir-birini təkrarlamamalıdır. Bu, həm iqtisadi cəhətdən, həm də yol infrastrukturu tərəfdən səmərəsiz sayılır. Amma 1 manatlıq taksilərin fəaliyyəti ilə əlaqədar analiz etmişik. Pandemiya dövründən sonra da xüsusi ekspress marşrut taksi sisteminin tətbiq olunması planlaşdırılır. 

 

Məsələn, Həzi Aslanov - Koroğlu, Koroğlu – 20 Yanvar istiqamətlərindəki qeyri-qanuni taksi fəaliyyəti nəzərdə tutulub. Bu istiqamətdə ekspress xətlər buraxılacaq. Bundan başqa, günün müəyyən saatlarında da ekspress xətlər istifadəyə verilə bilər. Dünya praktikasında da bu var. Pik saatlarda, məsələn, Lökbatandan Bakı mərkəzi istiqamətinə çox böyük istək var. Səhər pik saatlarda oraya ekspress xətlər buraxıla bilər. Amma normal vaxtlarda ekspress xətlər dayanacaq. Ekspress xətlərə metro açıldıqdan sonra sərnişin axınının analizinə əsasən baxılacaq”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar