SON DƏQİQƏ - Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - Ölənlər var

Oxunma sayı: 499
Ölkə       9 May 2020, 17:38
SON DƏQİQƏ - Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı -     Ölənlər var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

 

Operativ Qərargahdan Azmedia.Az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat etmişdir.

 

Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1620 nəfər müalicə olunaraq sağalmış, 31 nəfər vəfat etmiş, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılmışdır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar