Ailəsinin 4 üzvünü güllələyən kişi danışdı: “Çox peşmanam”

Oxunma sayı: 321
Kriminal       14 May 2020, 15:22
Ailəsinin 4 üzvünü güllələyən kişi danışdı:     “Çox peşmanam”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Balakəndə 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insident törətməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Məhəmməd Bağmanovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb.


Azmedia.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.


Daha sonra ifadə verən Məhəmməd Bağmanov törətdiyi əməldən peşman olduğunu söyləyib.


O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.


Növbəti proses iyunun 1-nə təyin olunub.


İttihama görə, ötən il dekabrın 18-də Balakənin Yeni Şərif kəndində Məhəmməd Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib.


Bundan başqa, hadisə zamanı Əhməd Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və azyaşlı qızı, 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb.


Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.


İstintaq orqanı tərəfindən Məhəmməd Bağmanovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 126.2.3-cü (qəsdən sağlamlığa zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar