İşsiz vətəndaşlar iyunda 190 manat ala biləcək? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 879
Ölkə       19 May 2020, 00:47
İşsiz vətəndaşlar iyunda 190 manat ala biləcək?     - RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib.


Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib.


Azmedia.az xəbər verir ki, qazet.az-ın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir.


"Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir", - deyə Fazil Talıbov bildirir.


190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir.


"Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir", - nazirliyin sözçüsü qeyd edib. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar