“Alatoranlıq”da oynayan aktyor və sevgilisi evində ölü tapıldı - FOTO

Oxunma sayı: 335
Xarici       19 May 2020, 13:15
“Alatoranlıq”da oynayan aktyor və sevgilisi evində ölü tapıldı     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Alatoranlıq” filmində epizodik rolu ilə tanınan aktyor Qreqori Tayri Boys sevgilisi ilə birlikdə evində ölü tapılıb.

 

Azmedia.az  xəbər verir ki, polis 30 yaşlı Boysun və 27 yaşlı Natali Adepojunun cəsədini mayın 13-də aşkarlasa da, bu barədə ictimaiyyətə indi məlumat verilib.

 

Onların ölüm səbəbi açıqlanmır. Tayrinin 10 yaşlı qızı qalıb.

 

Qeyd edək ki, gənc aktyor “Alatoranlıq” filmində Talyer Krouli rolu ilə tanınmışdı. Həmçinin, 2018-ci ildə o, “Apokalipsis” qısametrajlı filmində Kovboy rolunu oynamışdı.

 

Anasının sözlərinə görə, Tayri Boys Los-Ancelesdə restoran açmaq və karyerasına burada davam etmək istəyib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar