“Fitrə çıxarmayanın orucu da qəbul olunmur” - Hacı Şahin

Oxunma sayı: 458
Din       20 May 2020, 10:13
“Fitrə çıxarmayanın orucu da qəbul olunmur”    - Hacı Şahin

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Bayram namazı may ayının 24-də qılınmalıdır. Bu namazın camaatla qılınması daha savabdır. Amma bu mümkün deyilsə, insanlar onu evdə fərdi şəkildə qıla bilərlər. Namazın vaxtı gün çıxandan günorta cağına (12:30-a) qədərdi”. 
 

Azmedia.az xəbər verir ki, bunu news24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi yumşaldılsa da, müəyyən kütləvi tədbirlərin keçirilməsi hələ də qadağandır: “Əgər o vaxta qədər karantin rejimində ciddi dəyişiklik olarsa, Qafqaz Müsəlmanları İdarəsi  bu barədə insanlara məlumat verəcək".
 

Hacı Şahin bildirib ki, bayram namazı iki rükət qılınır: "Birinci rükətdə “Həmd” və surədən sonra 5 dəfə, ikinci rükətdən sonra isə “Həmd” və surədən sonra 4 dəfə qunut tutulur. Yəni bu sadə bir namazdır”.
 

Din xadimi Ramazanda ən vacib buyurulan əməldən danışıb: “Fitrə zəkatı bayram gününün yeganə vacib əməlidir. İnsan fitrə zəkatı vermirsə, günah hesab olunur. Fitrə zəkatının verilməməsi insanın orucunun qəbul olunmasını da əngəlləyir. Fitrə zəkatını yalnız imkanı olanlar verməlidir. İmkanı olan insanlar dedikdə, gündəlik maddi ehtiyaclarını qarşılaya bilənlər nəzərdə tutulur. Fitrə zəkatı 3 kq arpa, buğda, kişmiş, düyü, xurma və s.ərzaq növlərinin məbləği qədər olmalıdır. Həmin məbləği pulla da ödəmək olar. Bazar qiyməti ilə bunu tənzimləmək lazımdır, ərzaq qiymətlərini öyrənmək olar. Ailələrin hər bir üzvünün adından 3 kq ərzaq məbləğində vəsait ayrılır. Qafqaz Müsəlmanları İdarəsi bu məbləği təxminən 10-15 manat təyin edib. Amma bundan az da ola bilər. Sadəcə, imkanı çatanlar daha yüksək məbləğdə fitrə zəkatı ayırsınlar. Fitrə zəkatını insanlar özləri ödəyir, ona görə də burda hansısa maddi maraqdan söhbət getmir. İndiki pandemiya dövründə tövsiyəmiz odur ki, imkanı çatanlar daha yüksək məbləğdə fitrə zəkatı ayırsınlar”.


Hacı Şahin bildirib ki, fitrə zəkatı Ramazan bayramına keçən gecə çıxarılır:”Tutaq ki, 24-ü bayramdı, 23-ü gecədən fitrə ayrılır və bayram namazının vaxtına qədər ehtiyacı olana çatdırılır. Təxminən saat 08:00-a qədər. Əgər çadırmaq imkan olmasa, bunu günü ərzində edə bilər”. 
 

İlahiyyatçı fitrə zəkatlarının yığılaraq hər hansı şəxs tərəfindən ödənilməsi məsələsinə də münasibət bildirib: “Bu, o şərtlə düzgündür ki, inandığı şəxs olsun. Bu zaman zəkatın ehtiyacı olan insanlara paylanmasına razılaşmaq olar”. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar