Gəncədə avtomobil quyuya düşdü, ölən və xəsarət alan var - Fotolar + Yenilənib

Oxunma sayı: 348
Hadisə       26 May 2020, 10:47
Gəncədə avtomobil quyuya düşdü, ölən və xəsarət alan var     - Fotolar + Yenilənib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az  "qafqazinfo"ya  istinadən bildirir ki, hadisə Gəncə - İmamzadə avtomobil yolunda, Atabəylər küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yeni kanalizasiya xətlərinin çəkilişi zamanı qazılan 9 metr dərinlikdə olan quyuya düşüb.

 

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar – 1985-ci il təvəllüdlü Fuad Rəcəbov və 1990-cı il təvəllüdlü Elmir Məmmədovdur. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir. 

 

Avtomobili quyudan çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunub. 

 

Faktla bağlı araşdırma aparılır. 

**

Qəza nəticəsində xəsarət alan Fuad Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar