Restoran sahibindən gözlənilməz addım: Maşın yoluna masa qoydu - FOTO

Oxunma sayı: 254
Cəmiyyət       27 May 2020, 13:11
Restoran sahibindən gözlənilməz addım:     Maşın yoluna masa qoydu - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Masalarımızdan biri sadəcə, bir gün müddətinə yol kənarına qoyulub”.

 

Bu sözləri  Azmedia.Az-a  açıqlamasında Əli Əliyev küçəsi, 19 ünvanında yerləşən “Dolce Vita” restoranının nümayəndəsi Sultan Quliyev deyib.

 

O bildirib ki, sosial şəbəkədə yayılan fotoda yol qırağına qoyulan masa bu gündən etibarən oradan götürülüb:

 

“Masalar anbardan gətirilmişdi. Söhbət ötən gündən gedir. İçəridə yer olmadığı üçün bir günlük masanı küçədə avtomobil yoluna qoyduq. Həmin gün ərzində bu masada müştəri də qəbul etmişik. 

 

Masanın avtomobil yolunun kənarında uzun müddət bu formada saxlanılması nəzərdə tutulmayıb. Artıq həmin masa oradan götürülüb. Bununla bağlı qərar və təşəbbüs özümüzə aiddir”.

 

Xatıraladaq ki, avtomobil yolunun kənarına qoyulan masa vətəndaşların diqqətini çəkib. Bu, sosial şəbəkədə müzakirələrə səbəb olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar