Masallıda “Azərişığ”ın əməkdaşlarına atəş açıldı, yaralılar var

Oxunma sayı: 442
Hadisə       27 May 2020, 15:22
Masallıda “Azərişığ”ın əməkdaşlarına atəş açıldı, yaralılar var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

 

Azmedia.az  xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

 

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.

 

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar