Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı - VİDEO

Oxunma sayı: 552
Dünya       28 May 2020, 01:20
Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qeyri-rəsmi məlumatlara görə, bir müddət xəstəxanada yatan Çeçenistan prezidenti Ramzan Kadırovun əlində kateter görünüb.

 

Azmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə kadrlar “Novaya qazeta”nın “YouTube” kanalında yayımlanıb.

 

Video “Qroznı” dövlət televiziyası tərəfindən Çeçen Operativ Qərargahın iclasında çəkilib. Kadrlar əvvəl telekanalın “Instagram” hesabında paylaşılsa da, az sonra silinib.

 

Süjet boyu Kadırovun sağ əlini masanın altında gizlədərək, göstərməməyə çalışması görünür, ancaq hansısa anda hər şeyi unudaraq əlini qaldırır. Bu vaxt onun sağ əlində krater kadra düşüb.

 

“Novaya qazeta”nın məlumatına görə, süjetdə çeçen lider ağır xəstəliyi ayaq üstə keçirmiş şəxs təsiri bağışlayıb: Onun üzü solğun və şiş olub. Arıqlamış dövlət başçısında həmçinin təngənəfəslik və zəilik müşahidə edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar