Bərdədə nənə ilə nəvəni maşın vurdu: Ölən var - FOTO

Oxunma sayı: 348
Qəza       28 May 2020, 13:03
Bərdədə nənə ilə nəvəni maşın vurdu:     Ölən var - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az-ın məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində olub.

 

Kənd sakini, 1943-cü il təvəllüdlü Bağırova Həqiqət Qüdrət qızı nəvəsi - 2007-ci il təvəllüdlü Bağırova Məleykə Rövşən qızı ilə yolu keçmək istəyərkən, Vəliyev Sərhəd Vəli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə onları vurub.

 

Ağır xəsarətlər alan qadın rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının nəvəsi isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar