Gəncədə 11 yaşlı uşağı döydüyü deyilən qadın: “Uşağa yaxınlaşıb dedim ki...”

Oxunma sayı: 469
Cəmiyyət       28 May 2020, 16:50
Gəncədə 11 yaşlı uşağı döydüyü deyilən qadın:       “Uşağa yaxınlaşıb dedim ki...”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Mən Orxana əlimi vurmamışam. Sadəcə, həyətdə yaxınlaşıb, onu tənbeh etmişəm. Uşağın ailəsi isə mənə böhtan atır”.

 

Azmedia.az  xəbər verir ki, bu sözləri  oxu.az-a Gəncədə 11 yaşlı Orxan Əlizadəni döyməkdə ittiham edilən Kəmalə Əliyeva deyib.

 

O bildirib ki, haqqında irəli sürülən ittihamlar həqiqəti əks etdirmir:

 

“Orxanla mənim oğlum Əliəkbər kompüterdə oyun oynayırdılar. Bu zaman Orxan oğluma nalayiq sözlər dedi. Mən də bunu eşitdim. Gördüm ki, oğlum bərk əsəbiləşdi. Uşağım Orxandan üç yaş böyükdür. Orxan həm balacadır, həm də Əliəkbərə nisbətən bir az zəif uşaqdır. Qorxdum ki, uşaqdı, başa düşməz, səhər gedər Orxanı vurar, bir problem olar. Ailə də problemli ailədir, hər sözü böyüdən adamlardır.

 

Onların arasında söz-söhbət olmasın deyə, Orxanın həyətə düşməsini gözlədim. Evdə xəmir açdığım yerdə Orxanın səsi gəldi. Bizim evin yaxınlığında top oynayırdılar. Düşdüm yanına ki, tənbeh edim, daha elə sözlər işlətməsin. Yaxınlaşıb soruşdum: “Sən niyə elə ədəbsiz sözlər işlədirsən? Əliəkbər səndən böyükdür, əsəbiləşər səni vurar, sonra valideynlərinin əlindən qurtula bilmərik”. Elə bunu dedim, ağzında saqqız çeynəyə-çeynəyə nə dediyimi soruşdu. Mən də dedim ki, ayıb olsun sənə, bundan sonra Əliəkbəri çağırma, danışdırma, icazə vermirəm birlikdə oynayasınız. Evə qayıtdım. O uşağa əlimi belə vurmamışam”.

 

K.Əliyeva iddia edir ki, uşağı döydüyünə dair hadisə şahidləri ola bilməz:

 

“Evə qayıdandan 10 dəqiqə keçmişdi, qapı döyüldü. Onlar Sidqi Ruhulla küçəsində qalırlar. Orxanın anası, nənəsi, bir-iki nəfər qonşu qapını dağıdırlar. Mənə dedilər ki, “uşağı döymüsən, vurmusan, qorxmadın uşaq ölər?” Ağızlarına gələni dedilər, mənə qulaq asmadılar. Mən də dedim ki, qulaq asmaq istəmirsinizsə, sizinlə danışmaq istəmirəm.

 

Onlara baş verənləri izah edə bilmədim. Bir kəlmə uşağa demişəm ki, ədəbsiz sözlər işlətmə, işlədəcəksənsə də, mənim oğlumla danışma, vəssalam. O ailənin əlindən zibil atmağa da gedə bilmirik, söz atırlar, söyüş söyürlər. Bilirəm ki, nə desəm və ya etsəm, problem yaradacaqlar. Gedib polisə ərizə yazdım ki, bu ailənin üzvləri bizə qarşı nalayiq sözlər işlədir, bununla bağlı bir tədbir görün. Polis bölməsində mənə dedilər ki, bu ailə uşaqlarını döydüyünüz iddiası ilə sizdən şikayətçi olub. Mən savadsız insan deyiləm. Amma bu məsələnin bu qədər şişirdilməsi ilə el-aləm içində biabır oluruq”.

 

“Həmin ailə ilə aramızda ciddi problemlər olmayıb. Amma kiçik bir neçə məsələ olub, qonşuluqdur. Bu məsələlər hər kəsdə ola bilər. Amma heç vaxt ciddi mübahisəmiz olmayıb”, - deyə Kəmalə Əliyeva qeyd edib.

 

Xatırladaq ki, mayın 19-da Gəncədə 2009-cu il təvəllüdlü Orxan Əlizadənin anası uşağının qonşuluqda yaşayan Kəmalə adlı xanım tərəfindən döyüldüyünü iddia edib. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar