Xaçmazda kütləvi koronavirusa yoluxma ilə bağlı – RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 346
Ölkə       29 May 2020, 12:57
Xaçmazda kütləvi koronavirusa yoluxma ilə bağlı     – RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xaçmaz rayonunda koronavirus infeksiyasına kütləvi yoluxma ilə bağlı müxtəlif xəbərlər yayılıb.

 

Rayonun Köhnə Xaçmaz kənd ərazisində və Xaçmaz şəhərində 80-100 nəfərin koronavirusa yoluxduğu bildirilir. Sosial şəbəkələrdə yayılan müxtəlif xəbərlər sakinləri ciddi narahat edir.

 

Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bu barədə dəqiq məlumatın olmadığını bildirib.

 

“Hazırda Xaçmazda kütləvi yoluxma ilə bağlı dəqiq məlumatım yoxdur. Brifinqdə təhlükəli zonalar haqqında ətraflı məlumat veriləcək”, – deyə Rəvanə Əliyeva bildirib.

 

Qeyd edək ki, yayılan xəbərlərdə xeyli sakinin karantinə alındığı bildirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar