Qardaş 18 yaşlı bacısını diri-diri yandırdı – Olayın şok təfərrüatı

Oxunma sayı: 413
Dünya       29 May 2020, 15:26
Qardaş 18 yaşlı bacısını diri-diri yandırdı     – Olayın şok təfərrüatı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İranın Rəşt şəhərində qardaş 18 yaşlı bacısı və sevgilisini diri-diri yandırıb.

 

Azmedia.az  xəbər verir ki, bu barədə İranın hüquq-mühafizə orqanları məlumat yayıb.

 

Bu dəfə Rəşt şəhərində qardaşın evi yandırması nəticəsində içəridə diri-diri yanaraq ağır xəsarətlər alan 18 yaşlı bacısı xəstəxanaya çatdırıldıqdan bir müddət sonra ölüb.

 

Bu barədə məlumat yayan Gilan əyalətinin polis rəisinin müavini Məcid Rəsulzadə Fərsad hadisənin qısqanclıq zəminində baş verdiyini deyib. Belə ki, qardaş bacısının sevdiyi adamla evlənməsinə qarşı olub. Lakin bunu əngəlləyə bilməyib. Buna görə o, bacısı və sevdiyi şəxsin atası evində olduğunu öyrəndikdən sonra ora gedib və evi yandırıb. Nəticədə 18 yaşlı həmin qız və seviyi kişi ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

 

O, qızın öldüyünü bildirsə də, sözügedən kişinin vəziyyətinin necə olduğu barədə məlumat verməyib.

 

Məcid Rəsulzadə Fərsadın sözlərinə görə, qardaş hadisədən qısa müddət sonra həbs edilib. O, bu cinayəti törətməyə səbəb kimi bacısının özündən 12 yaş böyük kişi ilə ailə qurmasına qarşı olmasını göstərib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar