“Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim” - Video

Oxunma sayı: 446
Xarici       2 İyun 2020, 10:44
“Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim”     - Video

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyada yetərincə populyarlıq qazanan əslən azərbaycanlı reper Navai (Nəvai Bəkirov) “вМесте” Yutub layihəsinin qonağı olub.

 

Azmedia.az  “qafqazinfo”nun məlumatına əsasən bildirir ki, müsahibə zamanı o, ailəsi, yaradıcılığı və şəxsi həyatı ilə bağlı etiraflar edib.

 

“Mənim valideynlərim zooparkda işləyirdi. Onlar hər şəhərdə iki-üç həftə qalır, bütün Rusiyanı gəzirdilər. Moskvanı doğma şəhərim sayıram, ona qədər nə olduğunu xatırlamıram, çünki biz bütün şəhərləri gəzirdik və mənim daimi yaşayış yerim yox idi. Mənim ən yaxşı dostlarım pələng və canavar balaları, ilanlar idi. Heyvanları çox sevirəm”, - Navai xatırlayır.  

 

Reper 5-ci sinfədək Moskvada təhsil alıb, daha sonra ailəsi ilə bərabər Azərbaycana köçüb, Gəncədə yaşamağa başlayıb: “Burada sənə cırıq cins şalvar geyindiyinə, şortda gəzdiyinə və ya ana söyüşü söydüyünə görə irad bildirə bilərlər. Sənin əlindən tutub aparıb və başa sala bilərlər. Bütün bunları bilmədiyimə görə daim dava düşürdü. Özümü aparmağı tez bir zamanda öyrəndim, ən əsası – böyüklərə hörmət etməyi, onlar içəri girəndə ayağa qalxmağı və s”.

 

2006-cı ildə Nəvai Bəkirovun qardaşı dünyaya gəlib. Onun sözlərinə görə, ailənin maddi imkanları yaxşı olmadığından, o, 11 yaşında işləməyə başlamalı olub: “Mən təhsil alırdım, saat ikidə evə qayıdırdım, əynimi dəyişirdim və işə gedirdim. Çayxanada 4 manata ofisiant işləyirdim. Məkan evimdən dörd kilometr aralıqda yerləşirdi. Ora və geriyə piyada gedirdim, qənaət etdiyim pula evə çörək alırdım”.

 

Müsahibənin tam versiyasını aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar