Şəkidə kütləvi dava: Xəsarət alanlar var

Oxunma sayı: 341
Hadisə       2 İyun 2020, 12:17
Şəkidə kütləvi dava:     Xəsarət alanlar var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şəkidə kütləvi dava olub, iki nəfər xəsarət alıb.

 

Azmedia.az-ın  məlumatına görə, iyunun 1-də axşam saat 22:00 radələrində rayonun Çələbixan qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü Qacay Mürşüd oğlu Məmmədov başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, 1977-ci il təvəllüdlü Elman Kərəm oğlu Rəhimov isə sağ əlin ovucunun kəsilmiş yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

 

Məlum olub ki, Q.Məmmədov, E.Rəhimov və daha iki qəsəbə sakini arasında dava baş verib və bu zaman onlar xəsarət alıb. Q.Məmmədova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Əsəb xəstəlikləri şöbəsində aparılır. E.Rəhimovun xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar