Bakıda iyunun 15-nə qədər dayandırıldı! - SON DƏQİQƏ

Oxunma sayı: 365
Cəmiyyət       2 İyun 2020, 12:30
Bakıda iyunun 15-nə qədər dayandırıldı!     - SON DƏQİQƏ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

 

Azmedia.az-ın  məlumatıan görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

 

Vətəndaşlar həmçinin, idarənin rəsmi [email protected][email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

 

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar