Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI

Oxunma sayı: 399
Kriminal       2 İyun 2020, 16:18
Bakıda mühafizəçinin dəhşətli qətlinin       TƏFƏRRÜATI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

 

Azmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

 

Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə çoxsaylı xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf isə açarla açılıb.

 

İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.

 

Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən “İl” marketdə mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.

 

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən, naməlum şəxslərin mağazanın seyfindən 40 498 manat oğurladıqları məlum olub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar