Atletlər qrupu "Ginnesin rekordlar kitabı"na düşüb

Oxunma sayı: 233
Maraqlı       3 İyun 2020, 18:24
Atletlər qrupu "Ginnesin rekordlar kitabı"na düşüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əbu-Dabidə altı atletdən ibarət qrupun üzvləri berpi (döşəmədən bədəni itələmə) üzrə dünya rekordunu təzələyərək "Ginnesin rekordlar kitabı"na düşüblər. Onlar 24 saat ərzində 6 min əvəzinə 12 502 berpi hərəkəti yerinə yetiriblər.

 

Azmedia.az   istinadən bildirir ki, komandanın tərkibində məşqçi və üç uşaq anası Eva Klark, habelə Birləşmiş Ərəb Əmirlikləri Universitetinin müəllimləri və tələbələri var. Atletlər "Ginnesin rekordlar kitabı"na düşmək üçün sutka ərzində iki hakimin müşahidəsi altında berpi hərəkətlərini yerinə yetiriblər. Bu maraqlı proses videokonfrans vasitəsilə bir neçə idman kanalında da yayımlanıb. Komandanın üzvü Daniel Gill bildirib ki, pandemiya onlar üçün divanda uzanmaq vaxtı olmayıb. Onun sözlərinə görə, atletlər hər gün qarşılıqlı virtual məşqlər keçiriblər.

 

Evinin divarında "Ginnesin rekordlar kitabı"nın 12 sertifikatı asılmış Eva Klark isə bildirib ki, onun məqsədi gənc qadınların fiziki potensialını üzə çıxarmaqdır. Məşqçi-atlet əlavə edib ki, yeni növ koronavirus pandemiyası idmanı sevən və məqsədinə çatmaq istəyən insanlar üçün maneə deyil. Klark yumruq üzərində berpi üzrə 15 dünya rekorduna imza atıb. O, həmçinin 2015-ci ildə Londonda keçirilmiş "Virgin Money" marafonunun da qalibidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar