Bakıda sərnişin avtobusu yanıb

Oxunma sayı: 379
Hadisə       4 İyun 2020, 10:30
Bakıda sərnişin avtobusu yanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb.

 

Azmedia.az  xəbər verir ki, hadisə keçmiş "Komsomol" dairəsi kimi tanınan ərazidə baş verib.

 

209 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən "Temsa" markalı avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib. Sürücü Cacid Məmmədov avtobusdan enib, alovun qarşısını almaq istəyib. Buna baxmayaraq, avtobus alova bürünüb.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar