Koronavirus dövründə “Instagram”da ən çox pul qazanan futbolçular

Oxunma sayı: 243
Maraqlı       4 İyun 2020, 14:50
Koronavirus dövründə “Instagram”da ən çox pul qazanan futbolçular

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus pandemiyası dövründə məşhur futbolçuların “Instagram” sosial şəbəkəsindən əldə etdikləri qazancın məbləği məlum olub.

 

Azmedia.az  xəbər verir ki, üç məşhur futbolçu - Kriştianu Ronaldu, Lionel Messi və Neymar 12 mart - 14 may tarixlərində “Instagram” vasitəsilə bir milyon avrodan çox pul qazanıblar.

 

Adları qeyd olunan futbolçuların hər biri iki ay ərzində sosial şəbəkə hesabında dörd reklam postu paylaşıb.

 

Sözügedən vaxt ərzində sosial şəbəkədə reklam yerləşdirməklə əldə edilən ən yüksək qazanc Ronalduya (151 milyon izləyici) məxsusdur – 2,1 milyon avro.

 

İkinci sırada 1,4 milyon avro gəlirlə argentinalı Lionel Messi (138 milyon izləyici) gəlir.

 

Üçüncü sırada reklamdan 1,3 milyon avro qazanmış braziliyalı hücumçu Neymar (138 milyon izləyici) qərar tutub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar