SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib

Oxunma sayı: 472
İqtisadiyyat       30 İyun 2020, 12:30
SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2019-cu maliyyə ilində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib.


Azmedia.az xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib. 


Bildirilib ki, bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 mlrd manatı İsveçrədəki “SOCAR Trading” və “SOCAR Energy Holding” şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb. Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.


Üstəlik SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 mlrd manat, uzunmüddətli öhdəliklər isə 23,8 mlrd manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 mlrd manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 mlrd manata yüksəlib. SOCAR-ın cari aktiv və cari öhdəliklərində 1%-dən aşağı nisbətdə cüzi azalma qeydə alınıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar