Zakir Həsənovun müavini vəzifəsindən azad edildi - RƏSMİ

Oxunma sayı: 505
Ölkə       9 İyul 2020, 10:55
Zakir Həsənovun müavini vəzifəsindən azad edildi     - RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Azmedia.az  xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

 

General-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə yeni vəzifəyə təyin edilib.

 

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar