"Beyləqan" kafesi karantin qaydalarını pozub, 8 nəfər saxlanılıb - FOTO

Oxunma sayı: 670
Cəmiyyət       9 İyul 2020, 11:46
"Beyləqan" kafesi karantin qaydalarını pozub, 8 nəfər saxlanılıb      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan kafe aşkarlanıb. 

 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən  Azmedia.az-a verilən məlumata görə, Əlahiddə Çevik Alayı və Binəqədi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri 5-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

 

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri  qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

 

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 3000 manat, digərləri 200 manat cərimə olunublar.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar