"Sabah" millinin futbolçusunu transfer etdi

Oxunma sayı: 615
İdman       9 İyul 2020, 13:01
"Sabah" millinin futbolçusunu transfer etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Premyer Liqada çıxış edən "Sabah" daha bir futbolçunu transfer edib.


Azmedia.az klub saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev karyerasını paytaxt klubunda davam etdirəcək. 


"Sumqayıt"la müqavilə müddəti başa çatdığı üçün azad agent olan Azərbaycan millisinin üzvü yeni komandası ilə 3 illik sazişə qol çəkib.


Karyerası ərzində Rusiyanın "Yenisey" (2014-17, 2017/18) və "Zenit-2" (2016/17) klublarında çıxış etmiş 24 yaşlı orta sahə oyunçusu 2018-2020-ci illərdə "Sumqayıt"ın formasını geyinib.


Qeyd edək ki, Aleksey İsayev "Sabah"ın yay fasiləsində 6-cı transferi olub. Paytaxt klubu ona qədər Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, Slavik Alxasov və Nicat Mehbalıyevı heyətinə cəlb edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar