Koronavirusa yoluxan şöbə müdiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 611
Cəmiyyət       9 İyul 2020, 13:31
Koronavirusa yoluxan şöbə müdiri ilə bağlı     RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Tədris-Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev yoluxma sayının artdığı son dönəmdə gərgin işləyib və nəticədə, özü də virusdan qoruna bilməyib”. 

 

Azmedia.az  xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, son günlər onun səhhəti ağırlaşıb:

 

“C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib.

 

Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib.

 

C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altındadır”.

 

Qeyd edək ki, indiyədək klinikanın heyəti arasında 33 nəfər virusa  yoluxub ki, onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar