Seulun itkin düşmüş merinin meyiti tapılıb - YENİLƏNİB

Oxunma sayı: 504
Dünya       9 İyul 2020, 16:11
Seulun itkin düşmüş merinin meyiti tapılıb     - YENİLƏNİB

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Seul şəhərinin itkin düşmüş meri Pak Von Sunun meyiti tapılıb.

 

Azmeedia.az-ın xəbərinə görə, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, Pak Von Sun 2011-ci ildən Seul şəhərinin meri vəzifəsində çalışıb.

 

***

 

saat 15:11

 

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sun itkin düşüb.

 

Azmedia.az-ın xəbərinə görə, bu barədə “Younhap” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Cənubi Koreya polisi paytaxt merinin axtarışına başlayıb. 

 

Qeyd olunub ki, merin itkin düşməsi barədə polisə onun qızı məlumat verib. Pak Von Sunun qızı bildirib ki, atası 4-5 saat əvvəl evdən çıxıb.

 

Bununla yanaşı, paytaxt meri vəsiyyətə bənzər sözlər yazıb, telefonu isə söndürülüb. 

 

Polis pilotsuz uçuş aparatları və təlim itlərinin iştirakı ilə genişmiqyaslı axtarış aparır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar