Bakıda qucaqlaşmağa görə qətl törədən şəxsin məhkəməsi başlayır

Oxunma sayı: 512
Kriminal       10 İyul 2020, 10:50
Bakıda qucaqlaşmağa görə qətl törədən şəxsin məhkəməsi başlayır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda qətl törətməkdə təqsirləndirilən Murad Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Azmedia.az  apa-ya istinadən əbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Əli Əhmədovun icraatına verilib.

 

Qeyd edək ki,  hadisə ötən il oktyabrında paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 28 ünvanının qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev gecə 23 radələrində yol kənarında oğlanla qızın qucaqlaşmasına etiraz edib. Bu zaman yol ilə gedən, 1967-ci il təvəllüdlü Hamlet Novruzov M.Tağıyevə etiraz edib və onların arasında mübahisə düşüb. Mübahisə zəminində M. Tağıyev H.Novruzovu bıçaqlayaraq qətlə yetirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar